Bu gün “Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yeni müqavilə imzaladığını açıqlayıb. Görəsən, klub yerli mütəxəssisin qarşısına hansı şərtləri qoyub? Sözləşmənin detalları barədə məlumat almaq üçün Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Müqavilə 1 illikdir. Baş məşqçinin qarşısına iddialı, mübariz, nizam-intizamlı komanda formalaşdırmaq və mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaq tapşırığı qoyulub. Bu istiqamətdə də işlər görülür. 

Ötən mövsüm komandada çıxış edən futbolçular arasında baş məşqçinin oyun planına və tələblərinə cavab verilən futbolçuların bir neçə ilə ortaq məxrəcə gəlinib. Eləcə də transfer çalışmaları davam etdirilir”.